Modern.az

Latviyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində - FOTO

Latviyanın Azərbaycandakı səfiri Bakı Ali Neft Məktəbində - FOTO

Təhsil

28 Noyabr 2014, 11:30

Latviyanın Azərbaycan Respublikasındakı  fövqəladə və səlahiyyətli səfiri Hardis Baumanisi Bakı Ali Neft Məktəbində olub. Modern.az xəbər verir ki,  Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov səfiri salamlayaraq, ona rəhbərlik etdiyi ali təhsil ocağı haqda ətraflı məlumat verdi. Rektor Elmar Qasımov Ali Məktəbin yaranma tarixi, fəaliyyət strategiyası və istiqamətləri haqqında danışdı. O,  BANM-ın üstünlüklərindən söz açaraq,  onun beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi dünya universitetlərindən və həmin ali təhsil müəssisələri ilə BANM arasında ikili diplomların tanınması istiqamətində əməkdaşlıqdan söz açdı.

Əsas məqsədi Azərbaycanda beynəlxalq standartlara,  həmçinin sənayenin müasir tələblərinə cavab verən ingilisdilli yüksək ixtisaslı texniki kadrları  məhz öz ölkəmizdə yetişdirərək, bu sahədə ingilisdilli peşəkar kadr tələbatının ödənilməsi olan BANM-ın dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə  ali təhsil verən müəssisələri ilə əlaqələr qurduğunu vurğuladı.  BANM-ın Böyük Britaniyanin Heriot-Vatt Universiteti, Norveç, Fransa, həmçinin Avropanın bir sıra universitetləri, o cümlədən müxtəlif  beynəlxalq neft-qaz şirkətləri ilə sıx əməkdaşlıq etdiyini vurğuladı.

BANM-ə  ən yüksək göstəricilərlə tələbələrin qəbul olunduğunu deyən rektor hazırda Ali Məktəbin  tikilməkdə olan və  ən müasir tələblərə cavab verən kampusunun  növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirdi. O, bu  kampusun Qafqaz regionunda ən böyük kampus olacağını qonağın nəzərinə çatdırdı.

Rektor Elmar Qasımov müasir dövrdə dünyada ən çox ehtiyac duyulan mühəndislik ixtisasının vacibliyini bildirdi və ölkəmizdə kadr tələbatını ödəmək üçün bu sahəyə diqqət ayrıldığını sözlərinə əlavə etdi. Bu baxımdan o,  Latviya ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduğunu bildirdi.

Latviyanın Azərbaycandakı  səfiri Hardis Baumanisi BANM-də olmaqdan məmnunluğunu bildirdi.

Azərbaycanda hazırda riyaziyyat və fizika sahələri üzrə yüksək ixtisaslı mütəxəssislərin olduğunu deyən səfir Latviya universitetləri ilə BANM arasında gələcək mümkün əməkdaşlıq perspektivlərindən söz açdı. Görüşdə, həmçinin BANM ilə Latviya universitetləri arasında  əlaqələrin qurulması, tələbə mubadiləsi,  gələcək əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin təşkili istiqamətində fikir mübadiləsi aparıldı.

Görüşdən sonra rektor Elmar Qasımov qonağı BANM-ın tikilməkdə olan yeni kampusunun maketi ilə tanış etdi.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı