Modern.az

Bakıda jurnalistin evini qarət etməkdə şübhəli bilinən şəxslər tutulub

Bakıda jurnalistin evini qarət etməkdə şübhəli bilinən şəxslər tutulub

Təhsil

28 Noyabr 2014, 12:50

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon ərazisində silsilə ev oğurluğu ilə məşğul olan 3 nəfər tutulub. Onlar rayonun Məhəmməd Hadi küçəsində “APA  Holding”in əməkdaşı Ülkər Qasımovanın evi də daxil olmaqla bir neçə mənzili qarət etməkdə şübhəli bilinirlər.

Hazırda saxlanılan şəxslərin ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir.   

Qeyd edək ki, 2013-cü ilin sentyabrında Ü.Qasımovanın yaşadığı, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 63, mənzil 143 ünvanında yerləşən mənzildən 2400 ABŞ dolları, 200 avro, 3100 manat və qızıl-zinət əşyaları naməlum şəxslər tərəfindən oğurlanıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı