Modern.az

“Qanunvericiliyi pozanlar məhkəmələrlə separat danışıqlara gedir”

“Qanunvericiliyi pozanlar məhkəmələrlə separat danışıqlara gedir”

Təhsil

28 Noyabr 2014, 13:30


“Bu qanun layihəsində ciddi problem var. Məsələ burasındadır ki, əmək intizamının pozulmasına görə cərimələr tətbiq edilir, lakin onların ödənilməsi mexanizmində boşluqlar var. Ən çox pozulan hallar isə əmək müqaviləsi bağlamadan işçiləri işlətməkdir. Ödənilməyən cərimələrin böyük hissəsi isə hüquqi şəxslərin üzərinə düşür”.

Modern.az saytının məlmatına görə, bunu Milli Məclisin bugünkü iclasında Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Əmək Məcəlləsinə dəyişikliklə bağlı layihənin müzakirəsi zamanı deyib. O, bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsələ ilə bağlı problemlər mövcuddur. Onun sözlərinə görə, qanunvericiliyi pozan şəxslər bəzən məhkəmələrlə separat danışıqlara gedir, məhkəmələr də onların xeyrinə addım atır:

“Kimsə məndən inciməsin. Bu reallıqdır. Lazımi qurumlar da bunu eşitsin ki, problemlər aradan qalxsın”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı