Modern.az

Qənirə Paşayeva: “Onlar gələcəkdə pensiyadan məhrum olacaqlar...”

Qənirə Paşayeva: “Onlar gələcəkdə pensiyadan məhrum olacaqlar...”

Təhsil

28 Noyabr 2014, 14:06


“Əmək müqaviləsi olmadan çalışan və ya sənədləşmədə əmək haqqı azaldılaraq  göstərilən minlərlə  insanın gələcəyi zərbə altındadır və biz hökumət və qanunverici orqan olaraq bunun qarşısını almaq üçün təbirləri daha da sərtləşdirməliyik”. 
Modern.az xəbər verir ki, bunu  millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünki iclasında Əmək Məcəlləsində dəyişikliklərlə bağlı müzakirələr zamanı çıxışında  deyib. O, bildirib ki,  Azərbaycanda əmək müqavilələrinin bağlanması məsələsi və özəl sektorda  bir sıra müəssisələrdə işçilərin real əmək haqlarının gizlədilərək az göstərilməsi məsələsi hələ də ciddi problem olaraq qalmaqdadır.

“Əmək haqları olmadan çalışdırılan işçinin əmək hüquqlarının pozulmasının müdafiəsi də sonra çox çətin olur. Səlim Müslimov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunduğu zaman özü də bu problemin çox ciddi olduğunu və bunun qarşısının alınması istiqamətində işlərin daha da sürətlənəcəyini bildirmişdi. Bu sahəyə cavabdeh qurumlar, nəzarəti həyata keçirməli olan qurumlar öz işlərini daha da artırmalıdırlar və bu məsələyə nəzarət mexanizmlərini daha da ciddiləşdirməlidirlər”.

Millət vəkili bildirib ki, bu problem minlərlə insanın gələcəyini zərbə altına qoyur: " Biz pensiya sistemində islahatlar apararaq fərdi uçot sisteminə keçmişik. Bəs müqaviləsiz işləyən adamlar necə pensiya ala biləcəklər? Onlar gələcəkdə pensiyadan məhrum olacaqlar...  Və ya sənədlərində əmək haqları real göstərilməyən,  gizlədilərək, tamam azaldılaraq göztərilən minlərlə insanın gələcəyi nə olacaq? Təsəvvür edin, bu insanlar sabah pensiyaya çıxanda necə olacaq,  onlar nə qədər pensiya alacaqlar? Biz bu problemin ağırlığını ciddi düşünməliyik və sərt mübarizə tədbirləri görülməlidir. Dövlətdən büdcəsindən  nə qədər pul gizlədilir, daha doğrusu nə qədər pul yayındırılır. Eyni zamanda dövlətlə bərabər, minlərlə insanımızın ən ağrılı problemidir  bu və təcili şəkildə bu istiqamətdə sərt mexanizmlər işə salınmalıdır".

Deputat deyib ki, bu gün hətta əmək müfəttişliyinin cərimə tətbiq etdiyi müəssisələrdən cərimələrin ödənilməsi faizləri ürəkaçan deyil.
“Cərimələrin ödənilməsi ilə bağlı  mexanizmlər gücləndirilməlidir. Eyni zamanda təxminən 263 əməkdaşla müfəttişliyin on minlərlə müəssisə və qurumlara bu istiqamətdə nəzarət mexanizmləri də çətindir. Ona görə işçilərin sayı da artmalıdır və əmək müqaviləsiz işçi çalşdıranlara və ya işçilərin əmək hüquqlarını pozanlara qarşı mübariz daha da sərtləşməlidir”.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı