Modern.az

Putin: “Rusiya ilə sanksiya və ultimatum dilində danışmaq olmaz”

Putin: “Rusiya ilə sanksiya və ultimatum dilində danışmaq olmaz”

Təhsil

28 Noyabr 2014, 15:32



Rusiya prezidenti Vladimir Putin deyib ki, Qərbin tətbiq etdiyi sanksiyalar legitim deyil və bu cür təzyiq beynəlxalq sabitliyə təhlükə yaradır. "Bundan başqa, bu cür tədbirlər iqtisadi itkilərə də səbəb olur”.

Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Putin bunu “Anadolu” agentliyinə müsahibəsində deyib. Onun fikrincə, Rusiya ilə ultimatum və sanksiya dilində danışmaq qəbuledilməz və perspektivsizdir:
 “Buna bizim cavabımız həmişə olub”.

  Rusiya prezidenti bu məsələlərdə Türkiyə hakimiyyətinin davranışını yüksək qiymətləndirərək müstəqil qərarlar qəbul edildiyini vurğulayıb: “Türkiyəli tərəfdaşlarımız öz maraqlarını kimlərinsə siyasi ambisiyalarına görə qurban vermirlər. Hesab edirəm ki, bu real düşünülmüş və uzaqgörən hesablamadır”.     

Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı