Modern.az

Səxavət Əlisoy Müsavat Partiyasının bu gün keçiriləcək mitinqini ələ saldı

Səxavət Əlisoy Müsavat Partiyasının bu gün keçiriləcək mitinqini ələ saldı

Təhsil

14 Dekabr 2014, 13:17


“Bu gün Məhsul stadionunda saxtakar başqan Arif  Hacılının "siyasi məhbuslara dəstək" pərdəsi altında inaqurasiya-üzəçıxartma mərasimi keçiriləcək. “Siyasi məhbuslar”a gerçəkdən dəstək verən sanballı bir Dəyirmi Masa təşkil edib, ölkənin ciddi siyasi təşkilatlarını və əcnəbi diplomat korpusunu bir araya gətirərdi”.

Modern.az saytının məlumatına görə bunu Müsavat Partiyasının başqanlığa keçmiş namizədi  Səxavət Əlisoy özünün facebook hesabında  bildirib. O qeyd edib ki, bunu etməyə saxtakarın intellektual potensialı, siyasi arenada mənfi imici imkan vermir.  

“Problem həm də ondadır ki, onun ətrafında olanların əksəriyyəti eynən özü kimi ucuz aksiya azarkeşləridir. Bu zehniyyət sahibləri qurultaydan sonra Səbail rayonu üçün Feysbukda saxta sədr seçkisi keçirdi, İkram İsrafilin oğlu üçün məlum biabırçı bir bəyanata imza atdı və bu gün ÜZƏÇIXARTMA mərasimi düzənləyiblər. Sabah daha kaloritli saxtakarlıq şoularının şahidi olacaqsınız, inşallah”,-deyə Səxavət Əlisoy yazıb.  

Müsavat Partiyası bu gün “Məhsul” stadionunda icazəli mitinqini keçirəcək.    

Qeyd edək ki, Arif Hacılının Müsavat başqanı olmasına etiraz edən Səxavət Əlisoy partiyanın siyasi xəttinə zidd hərəkətlər etməkdə ittiham olunaraq təşkilat sıralarından xarici edilib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı