Modern.az

Putin Nazarbayevlə görüşdü: “Gözlənilməz dəyişikliklər olub”

Putin Nazarbayevlə görüşdü: “Gözlənilməz dəyişikliklər olub”

Təhsil

23 Dekabr 2014, 00:24


Rusiyada səfərdə olan Qazaxıstan prezidenti Nursultan Nazarbayev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, görüşdə Qazaxıstan liderinin Ukraynaya səfəri və onun Pyotr Poroşenko ilə görüşünün nəticələri müzakirə olunub.

Putin Nazarbayevə “siz bizə Kiyevdən gəldiniz, Kiyevdə keçirdiyiniz görüşdən danışmaq imkanı var”,-deyə müraciət edib.  

Qazaxıstan prezidenti isə Rusiya rəhbərinin bu təklifi ilə razılaşıb və ona keçirdiyi görüş barədə məlumat verib.   Hər iki ölkə başçısının görüşündə ikitərəfli əlaqələrin perspektivi, inteqrasiya proseslərinin dərinləşməsi məsələləri də müzakirə edilib. Avrasiya İqtisadi İttifaqının  2015-ci ilin yanvar ayının 1-dən  fəaliyyətə başlayacağını xatırladan Nazarbayev söyləyib ki, gözlənilməz dəyişikliklərə baxmayaraq, Qazaxıstan bu təşkilatı dəstəkləməlidir. “Biz bu təşkilatı dəstəkləməliyik. Hamı üçün maraqlı olması  üçün onu  həyatqabiliyyətli etməliyik”,-deyə Nazarbayev qeyd edib.  

Modern.az  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı