Modern.az

Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərini ifşa edən SƏNƏD

Mərkəzi Kəşfiyyat İdarəsinin agentlərini ifşa edən SƏNƏD

Təhsil

23 Dekabr 2014, 01:00


“WikiLeaks” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) məxsus olan iki yeni məxfi sənədi yayımlayıb. Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, sənədlərdə xarici ölkələrdə saxta pasportlarla fəaliyyət göstərən MKİ agentlərinə tövsiyələr öz əksini tapıb.

Yayımlanan sənədlər 2011 və 2012-ci ilə məxsusdur. Sənədlərdə agentlərin təhlükəsizlik idarələrində aparılan yoxlamalar zamanı özlərini ifşa etməmək üçün necə hərəkət edəcəkləri açıqlanıb. Sənədlərdə Türkiyə ilə bağlı isə bunların yazıldığı bildirilir:  

“Türkiyə Kəşfiyyat İdarəsi, birdən artıq pasportu olan şəxslərin Türkiyəyə gəlməsini gizli məqsədlər kimi dəyərləndirir”.    

“WikiLeaks”in yaydığı məlumatda MKİ əməkdaşlarına uçuşdan bir gün əvvəl nəğd pul qarşılığında tək gediş biletləri almaması, diplomatik səyahət etmək kimi görüntü yaratmaları tələb edilir.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı