Modern.az

“Qalatasaray”ı Diyarbəkirdə daşa basdılar - VİDEO

“Qalatasaray”ı Diyarbəkirdə daşa basdılar - VİDEO

Təhsil

23 Dekabr 2014, 19:30

“Qalatasaray” Türkiyə Kubokunda “Diyarbakırspor” ilə yerli vaxtla saat 17:00-da oynayacağı matç öncəsi böyük bir şok yaşayıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüqlən ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, “sarı-qırmızılı” klubun avtobusu stadion yaxınlığında hücuma məruz qalıb. Polis konvoyunun müşayiəti altında stadiona doğru hərəkət edən “Qalatasaray” klubunun futbolçularını aparan avtobusa daşla hücum edilib. Nəticədə, avtobusun şüşələri sınıb. Futbolçuların isə hücum zamanı xəsarət almadığı bildirilir.

Bundan sonra “Diyarbakırspor” klubunun avtobusu da stadiona gələrkən azarkeşlər arasında qalmaqal baş verib. Dava zamanı polis qüvvələri bibər qazından istifadə etmək məcburiyyətində qalıb. Qarşılaşma öncəsi şəhərdə geniş təhlükəsizlik tədbirləri görülüb. Digər tərəfdən, azarkeşlər qarşılaşmaya böyük maraq göstərib. Dünən axşam saatlarında Diyabəkrə gələn “Qalatasaray” klubunun üzvlərinin yerləşdiyi otelin ətrafında da ciddi təhlükəsizlik tədbirləri görülüb.



  Modern.az  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı