Modern.az

Avropalıların sayı azalacaq

Avropalıların sayı azalacaq

Təhsil

24 Dekabr 2014, 09:45


“Yer kürəsinin əhalisi” fondunun məlumatına görə, 2050-ci ildə planetdəki avropalıların sayı indikindən 7,5 faiz az olacaq.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, alman fondunun açıqlamasına görə, 2015-ci ildə Yer kürəsində 7,3 milyarda yaxın insan yaşayacaq. Onların 10 faizini avropalılar, 15 faizini afrikalılar təşkil edəcək, çoxluq isə asiyalıların (60 faiz) tərəfində olacaq.

Planetin əhalisi yaxın 35 ildə 34 faiz artaraq 9,75 milyarda çatacaq. 2050-ci ildə isə asiyalıların sayı təxminən 54 faiz azalacaq, bu zaman afrikalılar Yer kürəsinin əhalisinin dörddə birini təşkil edəcək. Fondun rəhbəri Renat Ber bunun başlıca səbəbini planetdə inkişaf etmiş ölkələrdə hamiləliyin arzu olunmaması ilə izah edib.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı