Modern.az

Pakistan mətbuatı İlham Əliyevdən yazdı

Pakistan mətbuatı İlham Əliyevdən yazdı

Təhsil

24 Dekabr 2014, 09:57


Pakistanda və eyni zamanda Pakistanlıların sıx yaşadığı Yaxın Şərq ölkələri və Böyük Britaniyada böyük oxucu kütləsinə malik “Daily Times” qəzetində nəşrin İslamabad bürosunun rəhbəri Dure Nəcəf Zaidinin “İlham Əliyev: Bizim gücümüz birliyimizdədir” adlı məqaləsi dərc olunub.

Azərbaycan XİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, "Müstəqilliyinin ilk illərində siyasi və iqtisadi böhranla üzləşən Azərbaycanın parlaq gələcəyinə inanaların sayı çox az idi" sözləri ilə başlayan məqalədə bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qafqazda aparıcı qüvvə olduğu bildirilmişdir. Vurğulanıb ki, cənab İlham Əliyevin 11 illik prezidentlik dövründə Azərbaycan həyatın bütün sahələrində böyük nailiyyətlər əldə etmiş, dünyanın ən sürətlə inkişaf edən ölkələr sırasına daxil olunub.

Dure Nəcəf Zaidi müstəqilliyini yeni əldə etmiş Azərbaycanın Ermənıstan tərəfindən işğala məruz qaldığı və atəşkəs sazişinin imzalanmasından sonra bütün qüvvələrini iqtisadiyyatının inkişafına cəmləşdirdiyini vurğulamışdır. Qeyd etmişdir ki, 1994-cu ildə Qərbin neft şirkətləri ilə Xəzər dənizinin hidrokarbon ehtiyatlarılnın istismarına dair aparılmış danışıqlar Əsrin Kontraktının imzalanması ilə nəticələnmişdir. Bu danışıqlarda İlham Əliyevin aparıcı rol oynadığı vurğulanıb.

Jurnalist Azərbaycanda enerji resurslarından əldə edilmiş gəlirlərin Dövlət Neft Fondunda cəmləşdirilərək qeyri-neft sektorunun inkişafı və sosial problemlərinin həllində yönəldildiyini və qısa bir müddət ərzində iqtisadiyyatın diversifikasiyası istiqamətində böyük nailiyyətlər əldə edildiyini oxucuların diqqətinə çatdırıb. Məqalədə eyni zamanda, Azərbaycanın regionda əsas sərmayəçi və donor ölkə olduğu da bildirilib.

Müəllif Prezident İlham Əliyevin humanitar sahəyə böyük önəm verdiyini, elm, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrinə qayğı göstərdiyini qeyd edərək, bir neçə il öncə irəli sürülmüş “qara qızılı insan kapitalına çevirək” tezisinin reallığa çevrildiyini və dövlət proqramı üzrə minlərlə azərbaycanlı gəncin dövlət hesabına dünyanın aparıcı universitetlərində təhsil aldığını vurğulanıb.

Yazıda İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil, dinamik və ölkənin maraqlarına xidmət edən xarici siyasət yürütdüyü qeyd olunmuş və Azərbaycanın xarici siyasət uğurları, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindən bəhs edilib.

Məqalədə İlham Əliyevin Azərbaycan ilə Pakistan arasındakı dostluq münasibətlərinin inkişafına xüsusi önəm verdiyi də qeyd olunub.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq olar:

//www.dailytimes.com.pk/national/24-Dec-2014/ilham-aliyev-our-strength-is-in-unity 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı