Avrasiya İqtisadi İttifaqı ölkələrinin vahid dərman bazarı yaradacaqlar. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda Rusiya Səhiyyə Nazirliyinin mətbuat katibi Oleq Salaqay məlumat verib.
Onun sözlərinə görə ötən gün Moskvada keçirilən Avrasiya İqtisadi Birliyinin Şura iclasının gedişatında təşkilat çərçivəsində tibbi məmulatlarla bağlı vahid prinsiplərin hazırlanması qaydaları haqqında sənəd imzalanıb.
Nazirlik rəsmisi deyib ki, razılıq Avrasiya İttifaqına üzv ölkələrin dərman bazarında hüquqi əsasları yaradılması məqsədi daşıyır. Razılaşma 2016-cı ilin 1 yanvarından qüvvəyə minəcək.
Qeyd edək ki, 23 dekabrda Avrasiya İqtisadi İttifaqının Moskvada keçirilən sammitində Qırğızıstanın da bu təşkilata üzvlüyü haqqında müqavilə imzalanıb. Bu barədə iclasın nəticəsi ilə keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin danışıb.
Modern.az