
Azərbaycan Dövlət Musiqili Teatrınnın kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə N saylı hərbi hissənin əsgərləri qarşısında bayram konserti ilə çıxış edəcək.
Teatrdan Modern.az-a verilən məlumata görə, əsgərlər xüsusi olaraq onlar üçün təşkil olunmuş konsert proqramında tetrın repertuarına daxil olan Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan”, S.Ələsgərov və İ.Məlikzadənin “Subaylarınızdan görəsininz” komediyalarından müxtəlif səhnələri izləyə biləcəklər.
Əməkdar artistlər Çingiz Əhmədov, Nərgiz Kərimova, Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Şövqi Hüseynov, Nahidə Orucova, 2014-cü ilin aktrisası seçilmiş Gültac Əlili, Hüseyn Əlili və başqaları bir-birindən maraqlı səhnəcik və musiqi nömrələriylə çıxış edəcəklər. Qeyd edək ki, bayram konsertinin aparıcısı Azərbaycan Respublikasının Əməkdar artisti Əkbər Əlizadə olacaq.
Modern.az