Modern.az

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təltif olunub

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi təltif olunub

Təhsil

24 Dekabr 2014, 11:40

Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılmasına və media ilə fəal əməkdaşlığına görə Təhsil Nazirliyi tərəfindən diplomla təltif olunub. Bu barədə Modern.az-a Bakı Ali Neft Məktəbinin

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Ali Neft Məktəbində  “Media və təhsil dialoqu” mövzusunda praktik konfrans keçirilib. Konfransda Azərbaycan mediasının nümayəndələri və Təhsil Nazirliyinin rəsmiləri iştirak ediblər. Konfransın Prezident yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən birinci hissəsində  təhsil nazirinin müavini Ceyhun Bayramovun imzası ilə təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılması və media ilə fəal əməkdaşlığa görə Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova diplomla təltif olunub.

Təltif olunanlar sırasında Zeynab Kazımova ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universitetinin mətbuat katibləri də var.



Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı