Modern.az

Qarabağ qaziləri İlham Əliyevi təbrik etdi

Qarabağ qaziləri İlham Əliyevi təbrik etdi

Təhsil

24 Dekabr 2014, 12:57


“Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Modern.az xəbər verir ki, bu barədə hər iki təşkilatın mətbuatı xidməti birgə məlumat yayıb. Məlumatda deyilir:

“Hörmətli prezident, cənab Ali Baş Komandan!

Bu gün Sizin ad gününüzdür! Bu xoş gündə Qarabağ qaziləri olaraq Sizi səmimi qəlbdən təbrik edirik. Sizə uzun ömür, can sağlığı, dövlətimizin, millətimizin rifahı naminə başladığınız işlərdə yeni-yeni müvəffəqiyyətlər arzulayırıq! Arzu edirik Sizin komandanlığınız altında işğal altındakı torpaqlarımızı mənfur düşmən tapdağından azad edək! Öpüb gözünüz üstünə basdığınız üç rəngli bayrağımız Şuşada dalğalansın! Bu işdə biz də sizin yanınızdayıq!

Bu işdə Allah köməyiniz olsun!”

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı