Modern.az

Bakıda tapılan iki meyitin şəxsiyyəti müəyyənləşib

Bakıda tapılan iki meyitin şəxsiyyəti müəyyənləşib

Təhsil

24 Dekabr 2014, 13:05

Dekabrın 23-də Suraxanı rayonunun Bülbülə qəsəbəsi İ.Məmmədov küçəsində üzərində zorakılıq əlamətləri görünməyən 45-50 yaşlı kişi meyiti tapılıb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kriminalistik Təhqiqatlar İdarəsinin əməkdaşları tərəfindən onun Bakı şəhər sakini Mirağa Amaxanov olduğu müəyyən edilib.

Yasamal rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 15-də A.Şərifzadə küçəsində tapılan meyitin isə Gürcüstan vətəndaşı Faiq Cəfərov olduğu müəyyən edilib.

Dekabrın 23-də Yasamal rayonunun Yunis Dağlı küçəsində Bakı şəhər sakini Boris Jarovun üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti tapılıb.

Yasamal rayon Polis İdarəsi  tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı