Modern.az

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

I-IV qruplarda 200 balı keçə bilməyənlərin SAYI

Təhsil

Bu gün, 17:04

I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlərin 38,37 faizi 200 baldan aşağı nəticə göstərib.

Modern.az-ın əldə etdiyi məlumata görə, bu, 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində öz əksini tapıb. 

Belə ki, qəbul imtahanlarında iştirak edənlərin 10,59 faizi 0-100, 27,78 faizi 100-200, 21,80 faizi 200-300, 28,35 faizi 300-500, 11,47 faizi isə 500-700 bal toplayıb.

Məlumata əsasən, maksimal 700 bal nəzərə alınaraq nəticələr şərti olaraq məktəb qiymətləri ilə müqayisə edildikdə, iştirakçıların 38,4 faizi "2", 21,8 faizi "3", 28,4 faizi "4", 11,5 faizi isə "5" qiymətinə uyğun nəticə göstərib.

2024-cü illə müqayisədə 200 baldan aşağı nəticə göstərənlərin payı 41,4 faizdən 38,4 faizə enib. Bununla yanaşı, 200-300, 300-500 və 500-700 bal toplayanların xüsusi çəkisi artıb.

Qəbul olan abituriyentlərin nəticələrinin bölgüsü isə fərqli olub. Belə ki, qəbul olunanların 5,52 faizi 150-200, 24,40 faizi 200-300, 50,32 faizi 300-500, 19,76 faizi isə 500-700 bal intervalında yer alıb.

Bundan əlavə, ötən illə müqayisədə qəbul olunanlar arasında 200-300 bal toplayanların xüsusi çəkisi 29,4 faizdən 24,4 faizə düşüb, 300-500 bal toplayanların payı isə 46,1 faizdən 50,32 faizə yüksəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan SƏRT REAKSİYA: Putindən İlham Əliyevə zəng - NƏ BAŞ VERİR?