Universitet seçimi yalnız ixtisas seçimi deyil, həm də gələcəyinizə, vaxtınıza, sağlamlığınıza və həyat keyfiyyətinizə verilən strateji qərardır.
Modern.az xəbər verir ki, bu sözləri müəllim Nurəli Yusifbəyli deyib. Onun sözlərinə görə, təhsil auditoriyada əldə olunan biliklərlə məhdudlaşmır. Uğurlu tələbə olmaq, eyni zamanda, vaxtı düzgün idarə etmək, resurslardan səmərəli istifadə etmək və cəmiyyətə, ətraf mühitə məsuliyyətlə yanaşmaq deməkdir.
"Bu baxımdan, Sumqayıtda yaşayan gənclərin hər gün digər şəhərlərə uzunmüddətli gediş-gəlişi həm vaxt itkisinə, həm əlavə maliyyə xərclərinə, həm də fiziki və psixoloji yorğunluğa səbəb olur.
Fotoda sumqayıtlı gəncin “tələbə yolu”nun vaxt, maliyyə, ekoloji təsir və təhlükəsizlik amilləri üzrə aparılmış müqayisəli təhlilləri əks olunub.
Təhlillər göstərir ki, bu amillər tələbələrin akademik nəticələrinə və sosial həyatına birbaşa təsir edir. Eyni zamanda, nəqliyyatdan daha az istifadə ekoloji tarazlığın qorunmasına və ölkəmizin "Yaşıl dünya" və davamlı inkişaf hədəflərinə mühüm töhfə verir.
Əziz sumqayıtlı abituriyentlər!
Sizin vaxtınız, təhlükəsizliyiniz, sağlamlığınız və gələcəyiniz bizim üçün ən böyük dəyərdir. Məhz buna görə sizi doğma şəhərinizdə müasir təhsil mühiti, güclü professor-müəllim heyəti, sənaye ilə inteqrasiya olunmuş təhsil imkanları və zəngin tələbə həyatı təqdim edən Sumqayıt Dövlət Universitetini seçməyə dəvət edirəm.
İnanıram ki, düzgün verilmiş qərar gələcək uğurlarınızın möhkəm təməlini qoyacaq"
.