Modern.az

Boris Nemtsovun həyatının son anları - VİDEO

Boris Nemtsovun həyatının son anları - VİDEO

Təhsil

1 Mart 2015, 01:17

Boris Nemtsov və Anna Duritskaya fevralın 27-də axşam saat 10-da Qızıl meydandakı əsas universal mağazanın yanındakı “Bosko” kafesində bir-biri ilə görüş təyin ediblər. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sevgililər ticarət mərkəzinə müxtəlif girişlərdən daxil olublar və bir neçə dəqiqə çoxlu müştərinin olduğu mağazada bir-birini tapmaq üçün zəngləşiblər. Görüş yerinə birinci Boris gəlib. O, inamlı addımlarla içəriyə daxil olub. Onun sevgilisi təyin olunan yerə bir neçə sonra gəlib. Anna qapının ağzında dayanıb ətrafa bir neçə saniyə boylandıqdan sonra kafeyə daxil olub. Anna Duritskaya və Boris Nemtsov orada şam yeməyi yeyib söhbətləşərək saat yarım vaxt keçiriblər.

Onlar yalnız kafenin bağlanmaq ərəfəsində olanda oranı tərk ediblər. Saat 23:25 radələrində onlar Vasilyevski enişinə tərəf gediblər. 10 dəqiqəyə Böyük Moskvoretski körpüsünə çatıblar. Həmin anda, Boris və Anna körpüyə ayaq qoyanda onun yaşaması üçün 3 dəqiqəyə yaxın vaxtı qalıb. Gecə saat 12-nin yarısına yaxın killer Boris Nemtsovu güllələyib.

 

 

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı