19 avqust saat 11:00-a olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 39 094 uşaq üçün elektron sistem (//mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.
Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 4 769 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 113-ü alternativ qeydiyyat mərkəzlərində, 3 980-i sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 676 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.
Qeyd edək ki, mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.