Modern.az

Birinci sinifə qəbul başa çatır

Birinci sinifə qəbul başa çatır

Təhsil

Bu gün, 09:43

Mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi 3 sentyabr saat 18:00-da başa çatacaq.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a verilən məlumata görə, bu günədək 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb.

Nəzərinizə çatdırırıq ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:
Alternativ qeydiyyat mərkəzlərinə;
Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə;
ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin bildiririk ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...