Modern.az

Azərbaycanda hər 3 şagirddən 2-si oxuduğunu anlamır - ŞOK HESABAT

Azərbaycanda hər 3 şagirddən 2-si oxuduğunu anlamır - ŞOK HESABAT

Təhsil

Bu gün, 12:12

Azərbaycanda 15 yaşlı şagirdlərin böyük hissəsi oxu bacarıqları üzrə tələb olunan minimum səviyyəyə çata bilməyib.

Modern.az xəbər verir ki, bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) açıqladığı PISA 2025 tədqiqatının Azərbaycan üzrə nəticələrində bildirilib.

Hesabata əsasən, Azərbaycanda şagirdlərin yalnız 35 faizi oxu üzrə ikinci və ya daha yüksək səviyyəyə çatıb. OECD ölkələrində isə orta göstərici 69 faizdir.

Beləliklə, Azərbaycanda 15 yaşlı şagirdlərin təxminən 65 faizi oxu bacarıqları üzrə minimum nəticəni göstərə bilməyib. OECD üzrə bu göstərici 30 faizdir.

İkinci səviyyəyə çatan şagirdlər orta həcmli mətnin əsas ideyasını müəyyənləşdirə, bəzən mürəkkəb meyarlar əsasında məlumat tapa, mətnin məqsədi və forması haqqında düşünə bilirlər.

Azərbaycanda oxu üzrə ən yüksək nəticə göstərərək beşinci və daha yuxarı səviyyəyə çatan şagirdlərin isə demək olar ki, olmadığı bildirilir. OECD ölkələrində yüksək nəticə göstərənlərin orta payı 6 faizdir.

Müqayisə üçün, minimum oxu səviyyəsinə çatan şagirdlərin payı Çinin Pekin, Şanxay, Jiangsu və Zhejiang bölgələrində 93, Ruandada isə cəmi 4 faiz olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla sərhədə qoşun yığılır - ŞOK HAZIRLIQ BAŞLADI