Modern.az

COP29: Bakıda alınan qərarlar dünyamızın xilası üçün əhəmiyyətə malik olacaq

COP29: Bakıda alınan qərarlar dünyamızın xilası üçün əhəmiyyətə malik olacaq

18 Mart 2024, 10:56

Bu il zərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edəcək. Hər il fərqli bir ölkədə keçirilən tədbir noyabrın 11-dən 24-dək Bakıda baş tutacaq. COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edir. Hər regional qrup, üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir
 

2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da öz namizədliyini geri götürüb.


Beləliklə, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, COP-un 29-cu sessiyasının Azərbaycanda keçirilməsi dövlətimizin xarici siyasətinin nəticəsidir:

 

"Dünyanın vacib problemlərini həll etmək üçün COP29 ən böyük tədbirdir. Onun növbəti, 29-cu sessiyasının Azərbaycanda keçirilməsi xarici siyasətimizin, Prezidentimizin və xalqımızın uğurudur. Azərbaycan ekologiyaya yalnız bu gün önəm vermir. Tədbirin indi ölkəmizdə keçirilməsinə zamanında Heydər Əliyevin "hər hansı ağacın budaqları kəsilirsə, sanki mənim qollarımı kəsirlər" ifadəsi ilə Azərbaycanın əvvəldən təbiətə, dünya ekologiyasına, iqliminə dəyişiklik fonunda göstərdiyi münasibətinin nəticəsi kimi də baxmaq olar. COP29-un Azərbaycanda keçirilməsi cənab Prezidentimiz İlham Əliyevin 2003-cü ildən ekologiya sahəsində apardığı siyasətin nəticəsi kimi də dəyərləndirilə bilər. 2010-cu ilin "Ekologiya ili" elan olunması təsadüfi deyil. Azərbaycanda iqlim dəyişikliyi fonunda alternativ enerjinin, bərpaolunan enerjinin situmullaşdırılması,cəlbedici xarakter alması, COP29-un Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını ortaya qoydu".

Komitə sədri COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətini belə izah edib:
 

"Bu gün bütün dünyanın gözü Azərbaycandadır. COP29 yalnız bir ölkənin, qitənin deyil, bütün dünyanın, başqa canlıların da yaşadığı planetimizin qurtulması üçün dövlətlərin ortaq məxrəcə gəlməsi prosesidir. Biz COP28-də hələ də problemlərin çox olduğunu gördük. Paris sazişi imzalandı. İqlim dəyişiklikləri üzrə ayrı-ayrılıqda bütün  məsələlər müzakirə olunur, qərarlar qəbul olunur. Yalnız bu yetərli deyil. Ümid edirik ki, Azərbaycanda keçiriləcək COP29 xüsusi əhəmiyyəti olacaq. Xüsusi qərarlarla problemlərin həllinə daha da yaxınlaşılacaq. Azərbaycanın indiyə kimi keçirdiyi tədbirlərin əhəmiyyəti göz qabağındadır. Azərbaycan kifayət qədər bu məsələlərdə ev sahibliyi edib. Həm Avropa oyunlarında ev sahibliyi, BMT-nin Təhlükəsizlik Şurasının çağırılması, Azərbaycanın COVİD-19 prosesində dünyaya əməli mesajları, ona uğurlu ölkə kimi baxılmasına və qəbul olunmasına səbəb olub. NATO Baş katibi də Azərbaycanda səfərdə oldu və  etiraf etdi ki, Azərbaycandan çox şey gözlənilir. İnşallah COP29-da alınan qərarlar dünyamızın xilası üçün xüsusi əhəmiyyətə malik olacaq".

 

Sadiq Qurbanov Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün hazır olduğunu söyləyib:

 

"Buna Azərbaycan hazırdır. Sözügedən sahədə ciddi işlər gedir. İnşallah bu, Azərbaycanın adına böyük bir uğur olacaq. Yeni dünya COP-29-dan sonra Azərbaycanda öz start nöqtəsinə başlayacaq. İndidən bunu alqışlamaq olar".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu