Modern.az

Britaniya və Rusiyanın hərbi rəsmiləri görüşüblər

Britaniya və Rusiyanın hərbi rəsmiləri görüşüblər

Dünya

26 Sentyabr 2022, 21:31

Böyük Britaniya Baş Qərargahının rəhbəri Toni Radakin Rusiyanın hərbi attaşesi Maksim Yeloviklə danışıqlar aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya tərəfi məlumat yayıb.

 

Bildirilir ki, danışıqlar hərbi kommunikasiya kanallarının gücləndirilməsi səyləri çərçivəsində baş tutub.

 

“Bu gün mən Rusiya hərbi attaşesi polkovnik Maksim Yeloviklə riskləri və eskalasiyanı idarə etmək üçün Rusiya Federasiyası ilə kommunikasiya kanallarını gücləndirmək üzrə davam edən səylər çərçivəsində görüşdüm”, - deyə Radakin tvitter səhifəsində yazıb.

 

Akif İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi