Modern.az

Ukrayna və Özbəkistan arasında böyük QALMAQAL

Ukrayna və Özbəkistan arasında böyük QALMAQAL

Dünya

10 Noyabr 2022, 20:51

Ukraynanın Özbəkistandakı səfiri Nikolay Doroşenko bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan XİN məlumat yayıb.

 

Məlumata görə, səfirə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Rusiyaya ikili təyinatlı məhsulların tədarükü ilə bağlı bəyanatına görə etiraz bildirilib.

 

Ukrayna tərəfindən Özbəkistanla bağlı KİV-də yalan məlumatların yayılmasının yolverilməzliyi vurğulanıb. Doroşenko əmin edib ki, Özbəkistan tərəfinin narahatlığı operativ şəkildə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərliyinin diqqətinə çatdırılacaq.

 

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Vadim Skibitski “La Repubblica” nəşrinə müsahibəsində bildirib ki, Qazaxıstan və Özbəkistan Rusiyaya Qərb sanksiyalarından yayınmağa kömək edir. Onun sözlərinə görə, Astana və Daşkənd Moskvanı raketlərin yaradılması üçün zəruri olan Amerika və Yaponiya istehsalı komponentlərlə təchiz edir.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!