Modern.az

G20 liderləri nüvə təhdidinə qarşı BİRLƏŞİR

G20 liderləri nüvə təhdidinə qarşı BİRLƏŞİR

Dünya

11 Noyabr 2022, 20:14

İndoneziyanın Bali adasında keçiriləcək G20 sammitinin iştirakçıları nüvə silahından istifadəni və nüvə təhdidi cəhdlərini pisləyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə G20 sammitinin sonunda qəbul ediləcək sənədin ilkin variantı ilə tanış olan "Reuters" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, dünyanın 20 ən böyük iqtisadiyyatına sahib olan ölkələrin liderlərinin gələn həftə keçiriləcək iclasında gündəmin əsas mövzusu Rusiyanın Ukraynaya müdaxiləsi olacaq.

 

Noyabrın 15-16-da keçiriləcək görüşdən sonra qəbul ediləcək bəyanatın ilkin variantında qeyd olunub ki, yalnız qaydalara əsaslanan beynəlxalq nizamın və çoxtərəfli sistemin qorunmasına dair davamlı öhdəlik sülh və sabitliyi qoruya bilər.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!