Modern.az

Almaniyadan Rusiyaya ixrac 52% azalıb 

Almaniyadan Rusiyaya ixrac 52% azalıb 

Dünya

11 Noyabr 2022, 20:47

Ukraynadakı müharibə və sanksiyalar səbəbindən Almaniyadan Rusiyaya ixrac il ərzində 52,9% azalaraq 1,1 milyard avroya, Rusiyadan Almaniyaya ixrac isə 37,4% azalaraq 1,8 milyard avroya düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.

 

Bu ilin sentyabr ayında Almaniyadan ümumi ixrac 142,1 milyard avro təşkil edib ki, bu da 2021-ci ilin sentyabr ayı ilə müqayisədə 20,2% çoxdur.

 

Qeyd edək ki, neft və təbii qaz Rusiyadan Almaniyaya ən mühüm idxal olaraq qalır. 

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi