Modern.az

Amerikalı diplomat: \"Minsk qrupu artıq işləmir\"

Amerikalı diplomat: \

16 Noyabr 2022, 21:16

Artıq ATƏT-in Minsk qrupu mexanizmi işləmir, Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh yolu ilə nizamlanmanı təmin etmək üçün yalnız Bakı və İrəvanla birbaşa qarşılıqlı əlaqədə çalışır.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı deyib.

 

“Mənə elə gəlir ki, o, konsensus yolu ilə bu mandata son qoya biləcəyimiz həddə çatıb. Minsk qrupunun həmsədrləri arasında qarşılıqlı fəaliyyət prosesi artıq işləmir. Biz tərəflərlə onların sülh prosesində birbaşa iştirak edirik”, - deyə Riker qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi