Modern.az

Fransa Ukraynaya müdafiə sistemləri göndərdi

Fransa Ukraynaya müdafiə sistemləri göndərdi

20 Noyabr 2022, 20:25

Fransa Ukraynaya "Crotale" hava hücumundan müdafiə sistemlərinin iki batareyasını təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu məlumat verib.

 

"Biz Ukraynanın radarlara olan tələbini də öyrənirik. Biz həmçinin dərin zərbələr endirmək üçün iki reaktiv yaylım atəşi sistemi təchiz edirik”, - Lekornu bildirib.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ, Britaniya, İspaniya, Almaniya və digər ölkələr Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərib.

 

Akif İsmayılov 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir