Modern.az

Qara dənizdən Baltikə qədər... - NATO-nun yeni planı

Qara dənizdən Baltikə qədər... - NATO-nun yeni planı

Dünya

29 Noyabr 2022, 19:55

NATO Qara dənizdən Baltik dənizinə qədər mövcudluğunu artıracaq.

 

Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

 

Onun sözlərinə görə, Qara dəniz regionu alyans üçün strateji əhəmiyyət kəsb edir.

 

"Biz NATO-nun Qara dənizdən Baltik dənizinə qədər mövcudluğunu gücləndirəcəyik. Və bu səylərin bir hissəsi olaraq, biz daim bir-birimizlə, eləcə də NATO ilə işləyirik", - deyə Blinken vurğulayıb.

 

Qeyd edək ki, noyabrın 29-da Buxarestdə NATO ölkələrinin xarici işlər nazirlərinin ikigünlük görüşü başlayıb. NATO-nun baş katibi Yens Stoltenberq artıq üzvlərin Ukraynaya hərbi yardımı artıracağını bəyan edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi