Modern.az

Britaniya Ukraynaya helikopter verdi - VİDEO

Britaniya Ukraynaya helikopter verdi - VİDEO

Dünya

22 Yanvar 2023, 20:53

Böyük Britaniya Ukraynaya "Sea King" helikopterini təhvil verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksey Reznikov özünün “Twitter" hesabında məlumat yayıb.

 

Onun sözlərinə görə, helikopter Qara dəniz yaxınlığında Ukrayna ordusuna təhvil verilib. "Biz birlikdə bütün Avropada dənizləri və torpaqları qoruyacağıq", - Reznikov yazıb.

 

Qeyd edək ki, Britaniya Ukraynaya 3 ədəd bu helikopterdən təhvil verəcəyini açıqlayıb. “Westland WS-61 Sea King” helikopterləri kəşfiyyat və axtarış-xilasetmə əməliyyatları üçün istifadə edilə bilər. Hazırda onların buraxılışı dayandırılıb. Helikopterin bazar qiyməti 5,9 milyon dollardır.

 

Akif İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok