Modern.az

Ərdoğan zəlzələ ilə bağlı tədbirlərə şəxsən rəhbərlik edəcək

Ərdoğan zəlzələ ilə bağlı tədbirlərə şəxsən rəhbərlik edəcək

Dünya

6 Fevral 2023, 12:16

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı görülən axtarış-xilasetmə işlərini və digər fəaliyyətləri şəxsən koordinasiya edəcək.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, o, Fövqəladə Halların İdarə Olunması Agentliyinin
(AFAD) mərkəzi idarəsinə gedib.

 

Açıqlamaya görə, AFAD-ın depolarındakı bütün potensialdan istifadə olunmağa başlanıb. 9 region üzrə mərkəzlərdən çadırlar və yük maşınları zəlzələ bölgəsinə çatdırılmaqdadır.

 

Həmçinin bütün vətəndaşlar qan verməyə dəvət olunub.

 

Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb. Son məlumata görə,  zəlzələ nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi