Modern.az

Ohanyandan iltizam alındı - Heç yerə gedə bilməz

Ohanyandan iltizam alındı - Heç yerə gedə bilməz

Dünya

14 Fevral 2023, 09:12

Keçmiş müdafiə naziri Seyran Ohanyan işi ilə bağlı Milli Təhlükəsizlik Xidmətinə dindirilməyə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Joğovurd" nəşri yazıb.

 

Bildirilib ki, o, yazılı ifadə verməsə də, yalnız ittihamı qəbul etmədiyini, bunun ona qarşı saxta şəkildə irəli sürüldüyünü bildirib.

 

Həmçinin Ohanyandan başqa yerə getməmək barədə yazılı iltizam götürülüb.

 

Qeyd edək ki, hazırda parlamentdəki müxalif "Hayastan" fraksiyasının rəhbəri olan eks-nazir külli miqdarda dövlət vəsaitinin ələ keçirilməsində ittiham olunur. Bundan əvvəl parlament onun toxunulmazlıq hüququnun ləğvi və haqqında araşdırma başladılmasına icazə verilməsi barədə qərar çıxarmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək