Modern.az

Putin corabımı dəyişdiyim kimi generalları dəyişir -Ağ Ev rəsmisi

Putin corabımı dəyişdiyim kimi generalları dəyişir -Ağ Ev rəsmisi

Dünya

14 Fevral 2023, 09:40

"Rusiya öz ordusunun problemlərini həll edə bilməyib".

 

Modern.az xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Con Kirbi deyib.

 

"Nə Putin, nə də Rusiya yüksək komandanlığı döyüş meydanında ağıllı qərarlar qəbul etməyib. Onlar hələ də bir il əvvəl olduğu kimi eyni problemlərdən əziyyət çəkirlər: logistika, təchizat, kadrlar, bölmələrin birləşməsi və s. Mən davam edə bilərəm... Onlar bu problemlərin öhdəsindən gələ bilməyiblər", - deyə ABŞ rəsmisi bildirib.

 

"Və bunu Putin təsdiqləyir. Bilirsiniz, mən corab dəyişdiyim kimi o, generalları dəyişməyə davam edir”, - deyə Kirbi əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...