Modern.az

Ukrayna və Rusiya arasında növbəti əsir MÜBADİLƏSİ 

Ukrayna və Rusiya arasında növbəti əsir MÜBADİLƏSİ 

Dünya

16 Fevral 2023, 19:37

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, 101 rusiyalı hərbçi geri qaytarılıb. Təhvil verilən ukraynalı hərbçilərin sayı hələlik açıqlanmayıb.

 

Azad edilən hərbçilər müalicə və reabilitasiya üçün Moskvaya aparılacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et