Modern.az

Ermənistanda yeni siyasi hərəkat yaradılıb

Ermənistanda yeni siyasi hərəkat yaradılıb

30 May 2023, 11:18

Ermənistanda yeni siyasi hərəkat təsis olunub.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, “Ana Ermənistan” adlanan hərəkatın qurucuları mətbuat konfransı keçirib.

 

Yeni hərəkatın keçmişin səhvlərindən qaçmaq və siyasi sistemin inhisara alınmamasını istədiyi bildirilib. Hərəkatın təşəbbüskarlarından biri, parlamentdəki müxalif “Hayastan” blokunun deputatı Andranik Tevanyan deyib ki, prioritet vəzifə təhlükəyə çevrilmiş hakimiyyətin dəyişdirilməsidir.
 

Revanşist əhval-ruhiyyədəki hərəkatın digər təsisçisi, diplomat Dzyunik Ağacanyan əlavə edib:

 

"Ermənistan ekzistensial təhlükə ilə üz-üzədir və bu, 5 il əvvəl indiki komandanın hakimiyyətə gəlməsi ilə başlayan prosesin təbii nəticəsi sayıla bilər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?