Modern.az

75 ildir ağrı-acı hiss etmədən yaşayır - Dünyanı heyrətləndirən qadın

75 ildir ağrı-acı hiss etmədən yaşayır - Dünyanı heyrətləndirən qadın

9 İyun 2023, 16:50

Böyük Britaniyada yaşayan Co Kameran adlı qadın tibb dünyasını heyrətə gətirib.

 

Modern.az xəbər verir ki, buna səbəb 75 yaşlı qadının indiyədək heç bir ağrı-acı hiss etmədən yaşamasıdır.

 

Qarşılaşdıqları mənzərədən şoka düşən həkimlər qadını London Universitet Kolleci (USL) və Oksforddakı genetiklərin qəbuluna göndəriblər. 

 

Həkimlər hesab edirlər ki, Co genetik mutasiyaya görə adi insanlardan daha tez sağalır. Genetik durum onu narahat etmir və unutqan insana çevirir.

 

"Həkim mənim xəstəlik tarixçəmə baxanda əməliyyatdan sonra ağrımın olmaması məni təəccübləndirdi və biz bunu anladıq. Mən əvvəllər heç vaxt həkimlərimdən ağrıkəsici dərman yazmağı xahiş etməmişdim. Bu xüsusiyyətlərimlə insanları incidirdim, indi bir bəhanə tapdım. Məndə adrenalin hissi yoxdur. Ancaq bu, insan olmağın bir hissəsidir. Bununla belə, vəziyyəti dəyişmək istəməzdim”, - planetin qeyri-adi sakini deyib.

 

Məlumata görə, Co Kameran daxil olmaqla dünyada iki nəfər oxşar həyat tərzi yaşayır. Onlar digər insanlardan fərqli olaraq, ən ağır qəza şəraitində belə ağır hiss etmirlər. Həkimlər ağrı hissi olmayan insanların sağalması üçün müalicənin mümkünsüz olduğunu bildiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi