Modern.az

Ukraynaya artilleriya mərmiləri göndərilir

Ukraynaya artilleriya mərmiləri göndərilir

9 İyun 2023, 18:23

Belçika hökuməti Ukrayna üçün yeni hərbi yardım paketini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə "L`avenir" nəşri məlumat yayıb.

 

Məlumata görə, yeni hərbi yardım paketinin dəyəri 32.4 milyon avrodur. Paketə 105 mm çaplı artilleriya sursatları daxildir.

 

Sursatlar Belçikanın yerli müdafiə şirkətlərindən alınacaq və tezliklə Ukraynaya təhvil veriləcək.

 

Bildirilib ki, Belçika Müdafiə Nazirliyi indiyədək Ukraynaya 306 milyon avro yardım göstərib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ