Modern.az

Rusiyaya qarşı yeni SANKSİYALAR

Rusiyaya qarşı yeni SANKSİYALAR

Dünya

14 Sentyabr 2023, 20:43

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

 

Modern.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

 

Yeni sanksiya siyahısına "Transmaşholdinq"in prezidenti Andrey Bokarev, UMMC-nin rəhbəri İskəndər Mahmudov, Rusiyanın Mis Şirkətinin təsisçisi İqor Altuşkin daxildir.

 

Sanksiya tətbiq edilən şirkətlər arasında "AvtoVAZ" və digər avtomobil istehsalçıları, eləcə də hərbi-sənaye kompleksi müəssisələri var.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi