Modern.az

Türkiyədə eyni yerdə üçüncü ZƏLZƏLƏ

Türkiyədə eyni yerdə üçüncü ZƏLZƏLƏ

Dünya

4 Dekabr 2023, 12:52

Türkiyənin Bursa vilayətində yenidən zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Mudanya rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.5 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 7 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

 

Episentr Mərmərə dənizindəki Gemlik körfəzində yerləşib.

 

Qeyd edək ki, bu, eyni ərazidə bu gün baş verən sayca üçüncü zəlzələdir. Bundan əvvəl Mudanyada İstanbul başda olmaqla, bütün Mərmərə bölgəsində hiss olunan 5.1 və 4.5 ballı 2 zəlzələ qeydə alınıb. Afterşokların davam edəcəyi gözləniləndir.

Bu xəbər ilə bağlı
Türkiyədə 2 güclü zəlzələ: İstanbul da silkələndi - VİDEO
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi