Modern.az

İran səfiri Bakıdakı fəaliyyətini davam etdirəcək - YENİLƏNİB

İran səfiri Bakıdakı fəaliyyətini davam etdirəcək - YENİLƏNİB

Dünya

30 Mart 2024, 09:35

İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası ötən il başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Report”a diplomatik mənbədən məlumat verilib.

 

“Cənab səfirin missiyası ötən il yayın sonunda başa çatmışdı. Ancaq ondan tələb olunub ki, münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin. Ona görə qeyd etmək lazımdır ki, cənab səfir Azərbaycan Respublikasının səfirliyinin fəaliyyəti bərpa olanadək öz fəaliyyətini davam etdirəcək”, - məlumatda vurğulanıb.

 

***

29.03.2024/19:14

İranın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə IRNA agentliyi İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbəyə istinadən bildirib.

 

Məlumata görə, İranım Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.

 

Mövcud razılaşmalar çərçivəsində İranın yeni səfiri Azərbaycana göndəriləcək.

 

Qeyd edək ki, Musəvi 2020-ci ildə Azərbaycana səfir təyin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir