Modern.az

Mingəçevirli şəhidin kredit borcu silindi

Mingəçevirli şəhidin kredit borcu silindi

Current

10 İyun 2016, 16:03

Azərbaycan Ordusunun aprel döyüşlərində igidlik göstərmiş daha bir şəhidinin kredit borcu silinib. Modern.az saytı xəbər verir ki, bu haqda deputat Aydın Mirzəzadə məlumat verib.

O deyib ki, yayılmış məlumatlar araşdırılıb və müvafiq qərar verilib:

“Bu gün informasiya saytlarında aprel döyüşlərində şəhid olmuş Mingəçevir sakini Adil Adilzadənin atası Kamran Abdullayevin banka olan krediti problemi ilə bağlı informasiya yayıldı.

Məsələ ilə maraqlanılıb və problem həll edildi. Şəhid ailəsi bu barədə məlumatlandırıldı”.

 

Qeyd edək ki, bundan əvvəl aprel döyüşlərinin iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin giziri, Şəkidən hərbi xidmətə çağırılan, ailəsi Mingəçevirdə yaşayan Rahim Tağıyevin də “Dəmirbank”dan götürdüyü kredit borcu silinib.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı