Fransada futbol üzrə Avropa çempionatının qrup mərhələsi davam edir.
Modern.az saytının məlumatına görə, E qrupunda İtaliya və İsveç komandaları qarşılaşıblar.
Gərgin keçən oyunda yeganə qol son dəqiqələrdə vurulub - 88-ci dəqiqədə italiyalı Eder fərqlənib. Beləliklə, İtaliya 2 oyundan 6 xal toplamaqla artıq 1/8 final mərhələsinə vəsiqəni təmin edib.
Modern.az