Modern.az

Ərdoğan xalqı meydanlara çağırdı

Ərdoğan xalqı meydanlara çağırdı

Aktual

16 İyul 2016, 01:46

Türkiyə prezidenti Tayyib Ərdoğan CNN Türk vasitəsi ilə canlı yayında çıxış edib. Modern.az saytı xəbər verir ki, yayın imkanları məhdud olduğundan, telefon vasitəsi ilə görüntülü danışan Ərdoğan baş verənlərin TSK içindən kiçik bir qrupun təşəbbüsü olduğunu və onların sərt cəzalandırlılacağını bildirib: “Onlar bunun bədəlini ən ağır formada ödəyəcək. Onlar xunta paralel yapı adlandırılan qrumun təhriki ilə hərəkətə keçib. Mən xalqı meydanlara, hava limanlarına çıxmağa səsləyirəm. Qoy bu kiçik xunta xalqın gücünün nə demək olduğunu bilsin. Mən bugünədək xalqdan daha güclü bir iradə görmədim”.

Ərdoğan vurğulayıb ki, özü də Ankaraya doğru hərəkət edir.

Lakin Ərdoğan Türk Silahlı Qüvvələrinin komutanı Hülusi Akarın taleyi ilə bağlı bilgili olmadığını söyləyib.

Görüntülərdən məlum olan bu oldu ki, Ərdoğan hazırda gizli durumdadır və fəaliyyətini bəyan edilməyən məkandan həyata keçirir.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı