İyulun 30-da saat 17 radələrində Bərdə rayonunun Nazırlı kəndində kənd sakini Yəhya Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobili su kanalına aşırıb.
Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.
Qeyd edilib ki, sürücü və sərnişinləri Bəxtiyar Yusifli və Dilqəm Məmmədov suda boğularaq ölüb. Meytilər kanaldan çıxarılıb.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.
Gülşən RAUFQIZI