Modern.az

MSK referendumla bağlı 2 təşviqat qrupunu qeydə aldı  

 MSK referendumla bağlı 2 təşviqat qrupunu qeydə aldı    

Aktual

20 Avqust 2016, 12:27

 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti” referendum üzrə təşviqat qruplarının qeydə alınması məsələsinə baxılıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə MSK-nın katibi Arifə Muxtarova bildirib. O qeyd edib ki, 2016-cı il sentyabrın 26-na təyin olunmuş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün bələdiyyələr tərəfindən yaradılmış “Bələdiyyə” və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən yaradılmış “Vətəndaş Cəmiyyəti” təşəbbüs qrupları imzatoplama kampaniyasını başa çatdırıb və qeydə alınması üçün MSK-ya təqdim edib.

 

Daha sonra məsələ səsə qoyulub və hər iki təşviqat qrupu qeydə alınıb.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı