Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) tanınmış üzvü, sədrliyə əsas iddialılardan biri Meral Akşener qurumdan xaric olunub.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Akşener MHP Mərkəzi Təftiş Komissiyasının bu gün keçirilən iclasında partiyadan çıxarılıb.
MHP-nin Mərkəzi Təftiş Komissiyasının sədri Xəlil Öztürk Meral Akşenerlə bağlı yazılı bəyanatında bildirib ki, xanım siyasətçi qurumdan Milliyyətçi Hərəkat Partiyası Nizamnaməsinin 11-ci, 79-cu və 81-ci maddələri əsasında xaric olunub.
Meral Akşener MHP sədri Dövlət Baxçalının əsas rəqiblərindən biri sayılırdı.
Modern.az