Türkiyədə Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində tanınmış jurnalistlər Əhməd Altan və onun qardaşı professor Mehmet Altan saxlanılıblar.
Modern.az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.
Məlumata görə, onların saxlanılmalarına səbəb televiziya verilişlərinin birində dövlət əleyhinə səsləndirdikləri ifadələri olub.
Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd edilib.
Modern.az