Modern.az

Ermənilər Şuşada festival keçirəcək

Ermənilər Şuşada festival keçirəcək

Aktual

15 Sentyabr 2016, 15:37

Ermənilər  Şuşada “ArtsaxEtnoFest” adlı beynəlxalq festival keçirəcəklər. Modern.az  erməni mediasına istinadən xəbərə verir ki, festival sentyabrın 15-17-də baş tutacaq.

 

Festival çərçivəsində məşhur İsa bulağı yaxınlığındakı “İsaaki Axpyur”(“İsaak bulağı”) adlı restoran-kompleksində  müxtəlif ölkə mətbəxlərinə aid xörək və şirniyyatlar nümayiş etdiriləcək. Tədbirdə Ermənistanla yanaşı, Fransa, Rumıniya, Cənubi Koreya, Moldova, Gürcüstan və Suriyadan da kulinarlar iştirak edəcək.

 

Festivalın xarici qonaqları üçün ustad dərsi və müsabiqə təşkil olunacaq.

 

Mirmahmud KAZIMOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı