Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyevin yubileyidir. Modern.az-ın məlumatına görə, sentyabrın 17-də onun 50 yaşı tamam olub.
Milli Məclisin Gənclər və idman komitəsinin sədi Fuad Muradov, habelə komitənin üzvləri Ülvi Quliyevi təbrik ediblər. Təbrik müəllifləri onun Azərbaycan idmanına göstərdiyi xidmətləri, karatenin ölkəmizdə inkişafı üçün gördüyü işləri yüksək qiymətləndiriblər. Eyni zamanda Ülvi Quliyevin deputat kimi həmişə ümumimilli məsələlərdə, dövlətçiliyin qorunmasında öndə olduğunu vurğulayaraq, bu gün yubiley yaşını qeyd edən deputata işlərində uğurlar arzulayıblar.
Ülvi Quliyev 1966-cı il sentyabrın 17-də Bakı şəhərində anadan olub.. Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Karate üzrə Avropa və dünya çempionudur. Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir.
2005-ci ildə 21 saylı Nəsimi birinci seçki dairəsindən, 2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən parlamentə seçilib. 2015-ci ildə 15 saylı Yasamal birinci seçki dairəsindən deputat seçilib.
Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini və eyni zamanda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. Ü.Quliyev əməkdar bədən tərbiyəsi və idman xadimidir.
Modern.az